1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı sosial videoçarx hazırlanıb
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) uşaqların hüquqlarının qorunması və təşviqi sahəsində geniş fəaliyyət həyata keçirir.
Ombudsman Aparatından bildirilib ki, müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hüquq və azadlıqları barədə ictimai məlumatlılığın artırılması, onların cəmiyyətdə layiqli və fəal iştirakına töhfə verilməsi məqsədilə sosial maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxda uşaqlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi, uşaqların mənafelərinin üstünlüyü, onların sağlam, təhlükəsiz, qayğı ilə əhatə olunan mühitdə yaşamaq və inkişaf etmək hüququnun təmini, həmçinin uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsiplərin və bu istiqamətdə birgə fəaliyyətin vacibliyi əks olunub.
“Bir daha hər kəsi uşaqların hüquqlarına hörmətlə yanaşmağa və onların müdafiəsinə yönəlmiş səylərə fəal şəkildə dəstək verməyə çağırırıq.
Videoçarxda uşaqların iştirakının təmin edilməsində göstərdikləri dəstəyə görə tərəfdaş qurumlara - Azərbaycan Gimnastika Federasiyasına, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, “Neftçi” Peşəkar Futbol Klubuna, Avropa Azərbaycan Məktəbinə, “Birgə və Sağlam” İctimai Birliyinə təşəkkür edirik”, - deyə Ombudsman Aparatının məlumatında vurğulanıb.
AZAL kollektivi Fəxri xiyabanı ziyarət...
Azərbaycan və İran Birgə Komissiyasının...
Bu il altmış dörd uşaq müəssisələrdən...
Leysan olacaq, dolu düşəcək, çaylardan...
May ayında ölkə ərazisində müşahidə...