4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

Hindistan və Banqladeşdə daşqınlar və torpaq sürüşmələri 38 can alıb

02-06-2025
IMG

Hindistanın Sikkim əyalətində leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 34 nəfər ölüb. Qonşu Banqladeşdə də torpaq sürüşməsi nəticəsində 4 nəfər dünyasını dəyişib. Səlahiyyətlilər təbii fəlakətlərdə ən azı 34 nəfərin həyatını itirdiyini bildirib. Meqhalaya və Manipur ştatlarında daşqınlar və torpaq sürüşmələri nəticəsində qapalı qalanları xilas etmək üçün ordunun xilasetmə qrupları səfərbər edilib. Meteorologiya idarəsi bölgədə yağıntıların intensivliyinin artacağı ilə bağlı xəbərdarlıq edib. Hindistanın qonşusu Banqladeşdə torpaq sürüşməsi nəticəsində eyni ailədən ən azı 4 nəfər ölüb. Səlahiyyətlilər yeni sürüşmə və daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edərək, risk altında olan ərazilərdə yaşayan vətəndaşları diqqətli olmağa çağırıb.

Paylaş: