4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

“Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir

02-06-2025
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir.

BDU-dan bildirilib ki, qəbul müsabiqəsində ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi iyunun 5-dən 20-dək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal vasitəsilə həyata keçirilir. Qəbul imtahanı iyulun 2-də keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 saatdır. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;

- Riyaziyyat – 25 sual;

- Məntiq – 10 sual.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün: Telefon: (012) 510-74-54; (070) 313-37-20

Elektron-poçt: [email protected] / [email protected]

 

Paylaş: