4 iyun 2025, çərşənbə Bakı, 20°C
IMG-LOGO

DİN: Bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin!
 

02-06-2025
IMG

Mayın 31-də və iyunun 1-də Daxili İşlər Nazirliyinə (DİN) daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

“DİN vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır. Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsini, kartın istifadə müddətini, CVV/CVC kodunu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər. Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin”, - deyə məlumatda bildirilib.

Paylaş: