4 iyun 2025, çərşənbə Bakı, 22°C
IMG-LOGO

Yunanıstanda 20 min həkim ölkəni tərk edib

02-06-2025
IMG

Yunanıstanda iqtisadi böhranın hiss olunmağa başladığı 2010-cu ildən bəri təxminən 20 min həkimin ölkəni tərk etdiyi bildirilir.

Yunan mətbuatında yer alan xəbərlərə görə, bir çox həkim maaşların azlığı, həddindən artıq iş yükü, qeyri-kafi kadr və iqtisadi qeyri-müəyyənliklər səbəbiylə xaricə getməyi seçib.Bildirilib ki, dövlət xəstəxanalarında çalışan gənc həkimlər ayda 1500 avrodan az maaş alır və həftədə 65 saatdan çox iş saatı ilə üzləşirlər.

Miqrasiya edən həkimlərin əksəriyyətinin 25-44 yaş arasında olan gənc mütəxəssislər olduğu və bu vəziyyətin səhiyyə xidmətlərinin keyfiyyətini aşağı salmaqla yanaşı, ölkənin məhsuldar əhalisinə də mənfi təsir göstərdiyi vurğulanıb.

Yunan həkimlərin ən çox üstünlük verdiyi ölkələr arasında İngiltərə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olduğu bildirilib.

Paylaş: