Azərbaycan boksçuları beynəlxalq turnirdə 8 qızıl medal qazanıblar
Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş turnir keçirilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, beynəlxalq yarışda Azərbaycan millisi də mübarizə aparıb.
Yığmamız turniri 8 qızıl medalla başa vurub. Komandanın heyətində Onur Qurbanov (38 kiloqram), Babək Abdullayev (40 kiloqram), Məhəmməd Kazımzadə (42 kiloqram), Elcan Musazadə (50 kiloqram), Məhəmməd Əli (52 kiloqram), Amid Ələkbərov (60 kiloqram), Sərxan Haqverdiyev (63 kiloqram) və Yusif Ağakişiyev (80 kiloqram) qalib adına yiyələnib.
Zəngilanda ilk dəfə veloyürüş keçirilib...
Paris Olimpiadasında yer tutan...
Cüdo üzrə Azərbaycan millisi dünya...
Azərbaycanın akrobatika gimnastları...
Azərbaycanı kamandan oxatma üzrə Dünya...