4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

Uruqvay Şərq Respublikasının Prezidenti Yamandu Orsidən

02-06-2025
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Uruqvay Şərq Respublikasının xalqı və hökuməti adından və şəxsən öz adımdan 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm.
Hörmətlə,
Yamandu Orsi
Uruqvay Şərq Respublikasının Prezidenti
Paylaş: