4 iyun 2025, çərşənbə Bakı, 22°C
IMG-LOGO

Bu il altmış dörd uşaq müəssisələrdən ailələrinə qaytarılıb

02-06-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə həssas qruplara aid uşaqlarla və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Paylaş: