4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

DSMF: May ayında 2 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

02-06-2025
IMG

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin may ayı ərzində 1799 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərin 703-ü ünvanlı dövlət sosial yardımı, 338-i pensiya təyinatı, 402-si sosial müavinət və təqaüd, 27-si sosial sığorta və fərdi uçot, 329-u isə digər sahələr üzrə olub.

Paylaş: