İtaliyadakı Etna vulkanı aktivləşib
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya Bölməsinin Etna Rəsədxanasından verilən məlumata görə, Etna vulkanının 2900 metr yüksəklikdə yerləşən cənub-şərq kraterinin bir hissəsinin çökməsi nəticəsində vulkan püskürməsi baş verib.
Partlayış nəticəsində sözügedən kraterdən güclü kül atılması və sıx lava axınları müşahidə edilib. İlkin müşahidələrə görə, kül buludunun hündürlüyü 5 kilometrə çatıb. Bildirilib ki, kraterin küllə eyni vaxtda püskürdüyü lava vulkanın yamacındakı Aslan dərəsinin sərhədinə çatıb.
Vulkanda dünən gecədən etibarən vulkanik təkanlar davam edir. Vulkan püskürməsi səbəbilə bölgədən keçən təyyarələr üçün "qırmızı kod" xəbərdarlığı edilib.
Qeyd edək ki, Siciliya adasındakı Etna vulkanı təxminən 3300 metr hündürlüyündə kontinental Avropanın ən yüksək aktiv vulkanıdır. Etnada bu ilin fevral, aprel və may aylarında da intensiv vulkanik aktivlik müşahidə olunub.
Robotlar üçün özünü bərpa edən əzələlər...
Nigeriyada leysan yağışların səbəb...
Britaniyaya 80-dən çox miqrant daşıyan...
Avropa İttifaqında işsizlik səviyyəsinə...
Egey dənizində 5 bal gücündə zəlzələ...