4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

02-06-2025
IMG

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 2-5 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Fhnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Paylaş: