4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

Xəzərin sahillərində növbəti təmizlik aksiyası keçirilib

02-06-2025
IMG

Çimərlik mövsümünün başlanması ərəfəsində Sabunçu Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində sahilyanı ərazilərin tullantılardan təmizlənməsi məqsədilə növbəti iməcilik aksiyası təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, aksiyanın əsas məqsədi Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə töhfə vermək, sahilyanı ərazilərin məişət tullantılarından təmizlənməsini təmin etmək, ətraf mühitin qorunması və ictimai şüurun artırılması istiqamətində vətəndaşları maarifləndirmək olub.

Sanitar-gigiyenik vasitələrlə təmin olunmuş aksiya iştirakçıları tərəfindən sahilboyu ərazi plastik və digər tullantılardan təmizlənib. Ümumilikdə 2 tona yaxın tullantı toplanaraq “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Ətraf mühitin mühafizəsinə və vətəndaş məsuliyyətinin artırılmasına mühüm töhfə verən belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Paylaş: