Tədqiqat: Yer kürəsi hər 44 dəqiqədən bir kosmik obyektlərdən siqnallar alır
Alimlər “Australian Square Kilometre Array Pathfinder” radioteleskopundan istifadə edərək hər 44 dəqiqə 12 saniyədən bir Yerə siqnal göndərən kosmosdakı qəribə obyekt aşkar ediblər.
Fhnews.az xəbər verir ki, bu barədə tədqiqatın nəticəsi “Nature” jurnalında dərc olunub.
Mütəxəssislər izah ediblər ki, adi radioteleskoplar kosmosda müəyyən sektoru öyrənir. Onlar əlavə ediblər ki, Avstraliya cihazı fərqli bir prinsiplə işləyir; o, cəld surətdə uzaq məkanları skan edir.
Alimlərin fikrincə, Yer elminə çoxdan məlumdur ki, “pulsarlar” deyilən siqnallar müəyyən dövriliklə və çox yüksək sürətlə təkrarlanan radio impulslardır.
Bundan əlavə, uzunmüddətli pulsarlar da var, onlar impulsları saniyədə çox deyil, saatda bir dəfə ötürən cisimlərdir. Belə ki, 14,67 min işıq ili məsafədə, Qalaktikanın lap kənarında yerləşən yeni cisim ilkin olaraq bu tip pulsar kimi səhv qəbul edilib. Kertin Universitetindən Van Tzsı Tenin rəhbərlik etdiyi astronomlar qrupu ASKAP J1832-0911-ə (astronomların obyektə verdiyi ad) rentgen teleskopu yönəldib.
Tədqiqat zamanı məlum olub ki, obyekt təkcə radio impulslar deyil, həm də eyni sürətlə pulsasiya edən rentgen şüaları göndərir.
Alimlərin fikrincə, mənbənin yüksək parlaqlıq dövrləri (məsələn, 2023-cü ilin sonu - 2024-cü ilin əvvəli) və çox zəif pulsasiya etdiyi vaxtlar olub.
Alimlər cismin tək bir maqnitar, yəni son dərəcə güclü maqnit sahəsinə malik neytron ulduzu ola biləcəyi versiyasını irəli sürüblər. Eyni zamanda, onlar etiraf ediblər ki, hələ də çoxlu sayda sirr qalır və əlavə araşdırma tələb olunur.
İqlimşünaslar: Qasırğalar okeanı...
66 saat davam edən maqnit qasırğası başa...
Misin daha davamlı forması kəşf olunub -...
Klinik sınaq: Hüceyrə terapiyası bərk...
Liberal demokratların namizədi Li Ce...