Azərbaycan boksçusu Almatıda beynəlxalq turnirin qalibi olub
Almatıda Qazaxıstan Müdafiə Nazirliyinin Mərkəzi idman klubunda 28-ci Beynəlxalq boks turniri keçirilib.
Fhnews.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, turnirdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Monqolustan, Özbəkistan və İrandan olan 218 boksçu çempion adı uğrunda mübarizə aparıb, habelə İran və BƏƏ-dən müşahidəçilər iştirak ediblər.
Turnirdə 48 kq çəki dərəcəsində keçirilən döyüşlərin nəticələrinə görə Azərbaycan idmançısı Sübhan Məmmədov qələbə qazanıb.
Qeyd edək ki, turnir müstəqil Qazaxıstanın ilk müdafiə naziri, ordu generalı Saqadat Nurmaqambetovun anadan olmasının 101-ci ildönümünə həsr olunub.
Zəngilanda ilk dəfə veloyürüş keçirilib...
Paris Olimpiadasında yer tutan...
Cüdo üzrə Azərbaycan millisi dünya...
Azərbaycanın akrobatika gimnastları...
Azərbaycanı kamandan oxatma üzrə Dünya...