1 iyun 2025, bazar Bakı, 21°C
IMG-LOGO

Qarabağ “DOST Evi”nin benefisiarları olan uşaqlar DOST Mərkəzi əməkdaşlarını əvəzləyiblər

31-05-2025
IMG

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Sosial Xidmətlər Agentliyinin təşəbbüsünə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də qoşulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Mərkəzin Bərdə rayonundakı Qarabağ “DOST Evi” filialının benefisiarları olan uşaqların da Qarabağ Regional DOST Mərkəzinin müxtəlif qəbul bölmələrində əməkdaşları əvəzləməsi təşkil olunub.

Həssas əhali qruplarından olan uşaqlar DOST Mərkəzində vətəndaşlara xidmət sahəsində bacarıqlarını nümayiş etdirərək, özlərini sınayıblar.

Qeyd edək ki, bundan əvvəl Sosial Xidmətlər Agentliyinin layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq Agentliyin aparatında əməkdaşları iş başında əvəz etmişdilər.

Paylaş: