“Erciyes - 2025” təlimində "Yüksəksəviyyəli müşahidəçi günü" keçirilib
Türkiyə Respublikasının Kayseri şəhərində "Erciyes - 2025" təliminin "Yüksək səviyyəli müşahidəçi günü" təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Qeyd olunub ki, tədbirdə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər. Əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara məlumat verilib.
Təlim poliqonunda "Erciyes - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.
Təlimdə ölkəmizi təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Sonda qonaqlara Türkiyədə istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.
Hərbi nizamnamələrin yeni layihələri...
“Erciyes - 2025” təlimində...
Hərbi qulluqçumuz Kəlbəcər rayonunda...
Raket və Artilleriya Qoşunlarının...
Azərbaycan və Türkiyə müdafiə nazirləri...