31 may 2025, şənbə Bakı, 26°C
IMG-LOGO

Benksinin yeni əsəri ictimaiyyətə təqdim olunub
 

30-05-2025
IMG

Benksi adı ilə tanınan ingilis rəssam-qrafitistin növbəti əsəri ictimaiyyətə təqdim olunub.

Fhnews.az xəbər verir ki, Benksinin rəsmi “Instagram” hesabında paylaşılan fotoda solğun, bej divarda çəkilmiş mayak təsviri və “Məndə gördüyün insan olmaq istəyirəm” yazısı yer alır. Divarın qarşısındakı sütunun kölgəsi ilə yaradılan illüziya, sanki mayakın həmin sütunun kölgəsi olduğunu göstərir.

Lakin paylaşımda əsərin harada çəkildiyi ilə bağlı məlumat verilməyib. Sosial şəbəkə istifadəçiləri bu küçə sənətinin Fransanın cənubundakı Marseldə ola biləcəyini iddia edirlər.

Benksi bütün karyerası boyu öz şəxsiyyətini gizli saxlayıb. Onun əsərlərinin orijinallığı yalnız rəsmi “Instagram” səhifəsi vasitəsilə təsdiqlənir. Banksinin əsərləri tez-tez immiqrasiya, Ukrayna müharibəsi və evsizlik kimi siyasi mövzulara da toxunur.

Paylaş: