ANAMA axtarış əməliyyatlarında müasir texnologiyalardan istifadəyə üstünlük verir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina və döyüş sahələrinin təmizlənməsi əməliyyatları ilə yanaşı, keçmiş sursat anbarları, eləcə də poliqon ərazilərinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını icra edir.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də, müasir texnologiyaların istifadəsinə üstünlük verir.
Belə ki, sifarişə əsasən torpağın 6 metr dərinliyinə qədər metal tərkibli sursatları aşkar etmək qabiliyyətinə malik avadanlıqlardan istifadə olunur.
Avadanlıqların tərkibində olan 8 kanallı maqnitometr sisteminin iş prinsipi yerin maqnit sahəsindəki dəyişikliklərini qeydə almaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət zamanı yüksək dəqiqlikli koordinat əldə etmək üçün DGPS texnologiyası tətbiq edilir. Toplanmış məlumatlar xüsusi proqramda emal olunur və sahə xəritələri yaradılır. Bu sistem mina və döyüş sursatlarının torpağın dərinliyində yüksək dəqiqliklə aşkarlanmasına imkan yaradır.
Beynəlxalq konfransın iştirakçıları 1...
Tərtər rayonunun sakini minaya düşüb...
Ali Məclisin yaz sessiyası başa çatıb...
İyunda hava necə olacaq?...
“Ədliyyə könüllüləri” proqramının yeni...