London metrosunda hər 20 sərnişindən biri biletsiz səfər edir
London metrosunda sərnişinlərin təxminən 5 faizi, yəni hər 20 nəfərdən biri biletsiz səfər edir.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, bu barədə “Transport for London” (TfL) təşkilatının açıqladığı məlumatda qeyd olunub. Bildirilib ki, bilet almadan metroya minən sərnişinlər quruma illik 130 milyon funt-sterlinq zərər vurur.
“TfL” bildirib ki, biletsiz yaxalananların bir çoxu artıq başqa cinayətlərə görə də axtarışdadır. Nəzarət zamanı onlardan tez-tez bıçaq və narkotik maddələr götürülür. Hazırda problemin qarşısını almaq məqsədilə 500 yeni nəzarətçi işə götürüb. Lakin onlar tez-tez zorakı və irqi motivli hücumlara məruz qalırlar.
Nigeriyada daşqınlar nəticəsində ən azı...
İndoneziyada uçqun nəticəsində ən azı 13...
Fransada ictimai yerlərdə siqaret çəkmək...
Qvatemalada 3 min ilə yaxın tarixi olan...
Alimlər: Yer kürəsi əhalisinin yarısı...