Ötən il MDM-ın inkişaf strategiyasının ümumi icra göstəricisi 80,3 faiz olub
2024-cü ildə Milli Depozit Mərkəzinin (MDM) “2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyası”nın ümumi icra göstəricisi 80,3 faiz təşkil edib.
Fhnews.az MDM-ya istinadən xəbər verir ki, gecikən fəaliyyət istiqamətləri 19,7 faiz olub.
Ötən il MDM-ın fəaliyyət istiqamətlərinin inkişafı üzrə strateji hədəfi 76,5 faiz, əməliyyat və xidmət effektivliyinin artırılması üzrə strateji hədəfi 69,6 faiz, etibarlı və dayanıqlı təsisatın qurulması üzrə strateji hədəfi 80 faiz, effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması üzrə strateji hədəfi 100 faiz icra edilib.
Azərbaycan nümayəndə heyəti Çində...
Nazir: Almaniyalı qonaqla Orta Dəhlizin...
Ötən il MDM-ın inkişaf strategiyasının...
SOCAR ilə İran şirkətləri arasında...
Horadiz-Ağbənd dəmir yolu xəttində isə...