1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb

30-05-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Salyan rayonunun Yolüstü kəndində yerləşən Arif Safalı oğlu Abuzərova məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı obyektdə ümumi çəkisi 1359,8 kiloqram və 297,15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb.

Məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.

Paylaş: