“Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb.
Qeyd edək ki, sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq.
Azərbaycan nümayəndə heyəti Çində...
Nazir: Almaniyalı qonaqla Orta Dəhlizin...
Ötən il MDM-ın inkişaf strategiyasının...
SOCAR ilə İran şirkətləri arasında...
Horadiz-Ağbənd dəmir yolu xəttində isə...