1 iyun 2025, bazar Bakı, 29°C
IMG-LOGO

Nazir: Almaniyalı qonaqla Orta Dəhlizin inkişafı barədə fikir mübadiləsi apardıq

30-05-2025
IMG

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

Fhnews.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev məlumat verib.

“Ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdük. Görüşdə ölkəmizdən keçən nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhlizin inkişafı barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, alman logistika şirkətlərinin Orta Dəhlizin potensialından yararlanması imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.

Paylaş: