Bakıda minifutbol üzrə dünya və Avropa çempionatlarının azarkeş rekordu qeydə alınıb
Minifutbol üzrə dünya çempionatında ötən gün keçirilən Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb.
Azərbaycan Minifutbol Federasiyasından verilən məlumata görə, 1/4 final qarşılaşmasını 7007 azarkeş izləyib.
Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub – 6513.
Bakıda kəndirlə mübarizə növü üzrə...
Azərbaycan boksçuları Almatıda 2 qızıl...
FHN-in idmançıları beynəlxalq yarışlarda...
Bakıda minifutbol üzrə dünya və Avropa...
Azərbaycan tarixdə ilk dəfə keçiriləcək...