1 iyun 2025, bazar Bakı, 27°C
IMG-LOGO

DİN: Ötən gün 17 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

30-05-2025
IMG

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 29-da ümumi çəkisi 17,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 15,6 kiloqramdan çox marixuana, 475 qram metamfetamin, 300 qramdan artıq həşiş, həmçinin 21 ədəd psixotrop tərkibli həb olub.

Yabanı halda bitmiş 10 min 384 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş: