1 iyun 2025, bazar Bakı, 27°C
IMG-LOGO

Azərbaycan boksçuları Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar

30-05-2025
IMG

Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

Boks Federasiyasından bildirilib ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.

Sübhan Məmmədov (48 kiloqram) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kiloqram) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.

Tural Sarıyev (51 kiloqram), İlqar Salahov (67 kiloqram) və Sərxan Əliyev (71 kiloqram) isə bürünc mükafata yiyələniblər.

Paylaş: