ƏƏSMN və BSTA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Marselo Abi-Ramia Kaetanonun görüşü olub.
Görüş Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda birgə təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Anar Əliyev son illər ölkəmizin sosial təminat sistemində aparılan islahatları, sosial islahatlar prosesində BSTA ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb. Beynəlxalq Təşkilatın üzv ölkələrdə sosial təminat sistemlərinin mütərəqqi təcrübələrə uyğun təkmilləşdirilməsində önəmli dəstəyi vurğulanıb.
Nazirlik və qurumları ilə BSTA-nın əməkdaşlığının daim genişləndiyi, ötən il DSMF ilə BSTA arasında imzalanan əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə xidmət etdiyi qeyd olunub.
Marselo Abi-Ramia Kaetano rəhbəri olduğu təşkilatın ölkəmizdə aparılan davamlı sosial islahatları yüksək dəylərləndirdiyini, nazirlik və qurumlarının BSTA ilə fəal əməkdaşlığından məmnunluğunu qeyd edib.
O, hazırda Bakıda keçirilən, sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılmasına həsr olunan beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə BSTA ilə nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Beynəlxalq konfransın iştirakçıları 1...
Tərtər rayonunun sakini minaya düşüb...
Ali Məclisin yaz sessiyası başa çatıb...
İyunda hava necə olacaq?...
“Ədliyyə könüllüləri” proqramının yeni...