30 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Yunanıstanda 3 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib

28-05-2025
IMG

Yunanıstanın şimalındakı Serres şəhərinin 3 yaşayış məntəqəsində içməli suda uranın təhlükəli miqdarı aşkarlandığı üçün fövqəladə vəziyyət elan edilib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Mülki Müdafiə Baş Katibinin Serres, Lefkonas və Kristos yaşayış məntəqələri üçün qəbul etdiyi fövqəladə vəziyyət qərarı suda aşkar edilən uran problemi ilə mübarizəni asanlaşdırmaq məqsədi daşıyır.

Serres Bələdiyyə Başçısı Varvara Bitlianqanın tələbi ilə qəbul edilən fövqəladə vəziyyət qərarı iyunun 26-dək davam edəcək.

Bu qərar müvafiq bələdiyyə və qurumların fövqəladə hallarda istifadə oluna biləcək maliyyə alətlərinə çıxışını təmin edəcək və problemin həlli prosesini sürətləndirərək vətəndaşlara dəstək verəcək.

Paylaş: