Azərbaycan cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb
İyunun 13–20-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək.
Fhnews.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.
Kişilərin mübarizəsində Əhməd Yusifov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Uşanqi Kokauri (+100 kiloqram) qüvvəsini sınayacaq.
Qadınlar arasında Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) güclərini yoxlayacaqlar. Aytac Qardaşxanlı və Günel Həsənli (hər ikisi 70 kiloqram) isə qarışıq komanda yarışlarında heyətə qoşulacaq.
Milli komandanın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Laslo Papp İdman Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr iyunun 13–19-da, qarışıq komanda yarışı isə iyunun 20-də baş tutacaq.
Azərbaycan 2026-cı ildə xizək alpinizmi...
FHN-in karate komandasının üzvləri...
Azərbaycanın çimərlik güləşçiləri Avropa...
Azərbaycan cüdo yığmasının dünya...
Azərbaycanda keçiriləcək III MDB...