Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkəniz sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada artan nüfuza malikdir.
Rusiya-Azərbaycan münasibətləri dostluq, müttəfiqlik xarakteri daşıyır. Əminəm ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
Birləşmiş Millətlər Təşkilatının Baş...
Cənubi Afrika Respublikasının Prezidenti...
Amerika Birləşmiş Ştatlarının Prezidenti...
Moldova Respublikasının Prezidenti Maya...
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə...