İslamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans işini plenar və panel iclaslarla davam etdirir
Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans mayın 27-də işini plenar və panel iclaslarla davam etdirir.
Fhnews.az xəbər verir ki, yüzdən çox xarici qonağın iştirak etdiyi konfransın ikinci günündə “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə”, “Eulemanın xüsusi fokus mövzusu: Avropada islamofobiya” mövzuları müzakirə ediləcək.
Qeyd edək ki, konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.
Türkiyə Prezidenti Azərbaycanın...
Türkiyə XİN: Can Azərbaycanın...
28 May - tarixin yaddaşında müstəqillik...
Beynəlxalq konfransın yekununa həsr...
Bakıda Qoşulmama Hərəkatı Gənclər...