Arxeoloqlar Yerusəlimdə minlərlə illik tarixi olan zərgərlik kolleksiyası tapıblar
İsrail Qədim Əsərlər İdarəsi Qüdsdəki Davud şəhəri arxeoloji sahəsində 2300 illik üzük tapdığını açıqlayıb.
Qırmızı daşlı kiçik üzüyün sahibinin iki min ildən çox əvvəl İkinci Məbəd dövründə yaşamış bir gənc olduğu da paylaşılıb. Qeyd edək ki, Yerusəlimin Köhnə Şəhər divarlarından kənarda yerləşən arxeoloji sahədə erkən Hellenistik dövrə aid əsərlər tapılıb. Alimlər hesab edirlər ki, o dövrdə basdırıldığına inandıqları zinət əşyaları uşaqlıqdan yetkinliyə keçidi simvolizə edən mərasim çərçivəsində basdırılıb.
Bölgədəki arxeologiya qrupunun rəhbərlərindən biri Efrat Bocher, "Biz ilk dəfədir ki, Qüdsdə o dövrə aid belə böyük qızıl zinət əşyaları toplusu tapırıq"-deyə bildirib. Əvvəlcə qazıntı qrupu halqanın müasir dizayn olduğunu düşünüb.
Analoji kəşf ötən il də edilib. Hər iki halqanın böyük bir binanın bünövrəsindən tapılması onun sakinlərinin zənginliyindən xəbər verir.
İsrail Qədim Əşyalar İdarəsinin direktoru Eli Eskusido deyib ki, David şəhərində İkinci Məbəd dövrünə aid qızıl üzüklərin tapılması hətta minlərlə il əvvəl Qüdsün əhəmiyyətinin, şəhərin zənginliyi və gözəlliyinin konkret sübutudur.
Tailand, Çin və Sinqapurda COVID-19...
Ağ ev ABŞ-ın bəzi şirkətlərinə Çinə...
Cənubi Koreyada hərbi təyyarə qəzaya...
Çin asteroidləri tədqiq edəcək zondu...
İranın cənubunda güclü zəlzələ olub ...