29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

DSMF: Son dörd ayda sığortaolunanların sayında 46 minə yaxın artım olub
 

27-05-2025
IMG

Bu ilin yanvar-aprel ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 45 min 790 nəfər və ya 0,89 faiz artıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, bu il mayın 1-nə qədər uçota alınmış sığortaolunanların sayı 5 milyon 209 min 380 nəfər təşkil edib.

Paylaş: