29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Dünyanın ən aktiv vulkanı yenidən püskürüb

26-05-2025
IMG

ABŞ-nın Havay adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea vulkanı yenidən püskürüb.Dünyanın ən aktiv vulkanlarından biri olan Havay vulkanı bu gün 23-cü dəfə püskürüb.

Havay Vulkan Rəsədxanasının məlumatına görə, vulkan 1000 fut (300 metr) hündürlüyə qədər lava püskürüb. Rəsədxanadan bildiriblər ki, aktivlik əvvəlcə şimal kraterində başlayıb və yerli vaxtla saat 16:50-də lava "fəvvarələrinə" çevrilib.

Cənub kraterində yerli vaxtla saat 17:15-də kiçik lava püskürmələri başlayıb. 

ABŞ Geoloji Xidməti son püskürmənin  saat 16:15-də fasiləsiz lava atılması ilə başladığını bildirib.

Paylaş: