29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

“Meydan” və “Qamışlı” KSES-lərdə istehsal edilən enerjinin həcmi açıqlanıb
 

27-05-2025
IMG

Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Meydan” Kiçik Su Elektrik Stansiyasında (KSES) 11,4 milyon kilovat-saat, “Qamışlı” KSES-də isə 26,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən bildirilib ki, ümumi gücü 3,4 meqavat olan “Meydan” KSES hər biri 1,7 meqavat gücündə 2 ədəd hidroaqreqatdan, ümumi gücü 6,3 meqavat olan “Qamışlı” KSES isə hər biri 3,15 meqavat gücündə 2 ədəd hidroaqreqatdan ibarətdir.

Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” KSES-ləri 2023-cü il mayın 27-də istismara verilib.

Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.

Paylaş: