29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Özbəkistan və Azərbaycan arasında media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub

26-05-2025
IMG

Mayın 26-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin birinci direktor müavini Dilşod Saidjanov arasında görüş keçirilib.

Fhnews.az xəbər verir ki, görüş zamanı nümayəndə heyətinə qurumun informasiya siyasəti, dövlət qurumları ilə media arasında əlaqələrin təşkili, rəqəmsal kommunikasiya strategiyaları və sözügedən sahədə həyata keçirilən islahatlar haqqında geniş təqdimat edilib, təcrübə mübadiləsi aparılıb, media sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, informasiya və kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, media sahəsində institusional inkişafın dəstəklənməsi və müasir kommunikasiya çağırışlarına birgə cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Paylaş: