29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Yunanıstanda “Strep A” bakteriyasına görə  məktəblərdə təhsil dayandırılıb

26-05-2025
IMG

Yunanıstanın Mərkəzi Makedoniya bölgəsində “Strep-A” bakteriyasının sürətlə yayılması səbəbindən 9 məktəbin müvəqqəti bağlandığı bildirilib. Yunan mətbuatında yayılan xəbərlərə görə, ilk hallar epidemiyanın başlanğıc nöqtəsi olaraq göstərilən Saloniki şəhərinin Kalamariya bölgəsindəki bir məktəbdə aşkarlanıb. İnfeksiyaya səbəb olan bakteriyaların sürətlə yayılması ilə əlaqədar rayonda 3 ibtidai məktəb və 2 uşaq bağçasında təhsil dayandırılıb. Serres şəhərində “Strep A” bakteriyasının aşkar edildiyi 4 məktəb ehtiyat tədbiri olaraq müvəqqəti olaraq bağlanıb.

Yunanıstan Milli İctimai Sağlamlıq İnstitutu  “Strep A” bakteriyasının çox yoluxucu olduğunu bildirib və şəxsi gigiyena qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Mütəxəssislər  yoluxmuş insanlara antibiotik müalicəsi başladıqdan sonra ən azı 24 saat evdə qalmalarını tövsiyə edərək, panikanın olmaması və vəziyyətin nəzarətli şəkildə idarə edildiyini deyiblər.

Paylaş: