FHN-in Mülki müdafiə qoşunlarında Müstəqillik Günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.
Çıxışlarda bildirilib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan ötən əsrin 90-cı illərində müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən yalnız xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, dərin dövlətçilik təcrübəsi, qətiyyəti və ən əsası, sonsuz Vətən və xalq sevgisi sayəsində qurtula bildi. Bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə başçısının müdrik rəhbərliyi altında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu fəxarətlə diqqətə çatdırıblar.
Müstəqillik Gününün tarixinə həsr olunmuş sənədli film nümayiş olunduqdan sonra tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi orkestrinin ifasında konsert proqramı ilə davam etdirilib.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...