29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib

26-05-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. Bu tarixi gün ölkəmizdə böyük ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.

Yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan B.Salayev bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq qısa müddət ərzində əldə olunan nailiyyətlər və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlərdən danışıb. Musa Qasımlı çıxışında ölkəmizin müasir müstəqillik dövrünün keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusilə vurğulayıb. Ulu Öndərin mütərəqqi siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən MM-in sədr müavini ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafından, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən nüfuzlu ölkə kimi tanınmasından, hərtərəfli inkişaf strategiyasının təsirlərindən də ətraflı bəhs edib.

Paylaş: