FHN-in karate komandasının üzvləri Avropa turnirində qalib gəliblər
15-18 may 2025-ci il tarixlərində Ruminiyanın Tırqu Mureş şəhərində Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə karate üzrə yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında Avropa turniri keçirilib.
Turnirdə Avropanın 18 müxtəlif ölkəsindən 1200-ə yaxın idmançı kata və kumite yarışlarında əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.
Turnirdə iştirak edən Azərbaycanın karate üzrə yığma və FHN-in İdman-sağlamlıq klubunun karate komandasının üzvləri yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, kumite yarışlarında yeniyetmələr arasında -45 kq çəki dərəcəsində Elşən Allahverdi (12-13 yaş), gənclər arasında -52 kq çəki dərəcəsində Həsən Osmanov (14-15 yaş) 4 döyüş keçirərək turnirin qalibi olublar. Komandanın digər üzvləri böyüklər arasında -84 kq çəki dəcərəsində əzmkar mübarizə aparan Xəyal Məmmədov və veteranlar arasında keçirilən yarışda +84 kq çəki dərəcəsində Bəxtiyar Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar. Kata yarışları üzrə komandanın üzvü Nihat Məmmədzadə də turnirin qızıl medalına yiyələnib.
Qaliblərə Dünya Şotokan Federasiyasının təsis etdiyi medal və diplomlar təqdim edilib.
Bundan əlavə, Azərbaycanın karate üzrə milli yığma komandasının üzvü və FHN-nin İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət leytenantı Murad Hacızadə turnirdə göstərdiyi obyektiv hakimlik xidmətlərinə görə fəxri kubokla təltif edilib.
27 may 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə qalib gələn idmançılarla və məşqçi-müəllimlə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, FHN-in karate komandasının baş məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.
Azərbaycan 2026-cı ildə xizək alpinizmi...
FHN-in karate komandasının üzvləri...
Azərbaycanın çimərlik güləşçiləri Avropa...
Azərbaycan cüdo yığmasının dünya...
Azərbaycanda keçiriləcək III MDB...