ADNSU “QS Stars” auditində maksimum göstərici olan 5 ulduzla qiymətləndirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində mükəmməlliyə görə mümkün olan ən yüksək göstərici – 5 ulduzla qiymətləndirilib.
ADNSU-dan bildirilib ki, audit ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılıb. ADNSU bu kateqoriyalardan 7 istiqamət – tədris, akademik inkişaf, təchizat, beynəlxalq əlaqələr, məşğulluq, ətraf mühitə təsir və idarəetmə sahələri üzrə maksimal nəticə göstərərək 5 ulduz alıb.
Universitet innovasiya və bilik mübadiləsi kateqoriyalarında 4 ulduz, mühəndislik (kimya) sahəsində isə 3 ulduzla qiymətləndirilib. Bu nəticələr ADNSU-nun qeyd olunan sahələr üzrə fəaliyyətini müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirdiyini təsdiqləyir.
Paytaxt məktəblərinə işə qəbul...
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri...
AMEA-nın Naxçıvan Bölməsi Müstəqillik...
XVIII Beynəlxalq Astronomiya və...
Mərkəzləşdirilmiş imtahanla həyata...