29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

İran 20.000 meqavatlıq nüvə enerjisi istehsalı layihəsinə start verib

27-05-2025
IMG

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, 20 min meqavatlıq nüvə elektrik enerjisi istehsalı layihəsinə start verilib.

“Tesnim” Xəbər Agentliyinin məlumatına görə, İslami Atom Enerjisi Təşkilatının Səmərəlilik Komitəsinin iclasında çıxış edib. 20 min meqavatlıq nüvə elektrik istehsalı layihəsinin başladığını bildirən İslami Buşəhr Atom Elektrik Stansiyasının son 10 ildə 72 milyard kilovat elektrik enerjisi istehsal etdiyini, bunun da 110 milyon barel neft qənaətinə uyğun olduğunu və bu obyektin tikintisinin dəyərinin təxminən 1 milyard avro olduğunu bildirib.

İslami 20 min meqavatlıq nüvə elektrik enerjisi istehsalı layihəsi ilə bağlı heç bir təfərrüat verməyib.

Paylaş: