Neftçalada su hövzələrində təhlükəsizliyə dair seminar-müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Neftçala rayonunda “Su hövzələrində insanların təhlükəsizliyin təmin olunması” mövzusunda seminar-müşavirə keçirib.
Seminar-müşavirədə FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, Polis və Təhsil şöbələrinin, Təcili Tibbi Yardım Stansiyasının, Gigiyena və Epidemiologiya Mərkəzinin və digər qurumların məsul şəxsləri iştirak edib.
Tədbirdə rayon ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə olunub.
Seminar-müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...