BDU əməkdaşları “Huawei”in süni intellekt üzrə nüfuzlu beynəlxalq sertifikatına layiq görülüblər
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları “Huawei” şirkəti tərəfindən təşkil olunan beynəlxalq onlayn təlim proqramını uğurla başa vurublar.
BDU-dan bildirilib ki, təlim çərçivəsində iştirakçılar süni intellekt sahəsində HCIA-AI (Huawei Certified ICT Associate – Artificial Intelligence) üzrə intensiv hazırlıq keçib və bu sahədə rəsmi beynəlxalq sertifikata layiq görülüblər.
HCIA-AI təlim kursu iştirakçılara maşın öyrənməsi və dərin öyrənmə alqoritmlərinə əsaslanan süni intellekt həllərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqi sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırıb. Bu təşəbbüs BDU-da müasir texnologiyaların təhsil mühitinə inteqrasiyası və aparıcı texnologiya şirkətləri ilə davamlı və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
Təlimlər nəticəsində əldə olunmuş bilik və bacarıqlar universitetdə süni intellektin tətbiqi ilə bağlı yeni yanaşmaların formalaşmasına, innovativ tədris modellərinin yaradılmasına və rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verəcək. BDU-nun beynəlxalq əməkdaşlıq və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində atdığı bu addım universitetin rəqəmsal gələcəyinin formalaşmasına xidmət edir.
Proqramın koordinasiyası BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən təmin olunub.
Paytaxt məktəblərinə işə qəbul...
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri...
AMEA-nın Naxçıvan Bölməsi Müstəqillik...
XVIII Beynəlxalq Astronomiya və...
Mərkəzləşdirilmiş imtahanla həyata...