Özbəkistan beynəlxalq uşaq xərçəng akademik habı yaradacaq
Özbəkistan beynəlxalq uşaq xərçəng akademik habı yaradacaq.
Fhnews.az “Gazeta.uz” nəşrinə istinadla xəbər verir ki, ölkə Prezidenti Şavkat Mirziyoyev bununla bağlı “2025-2030-cu illər üçün uşaq xərçəngi ilə mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.
2031-ci ilə qədər uşaq xərçəngi ilə mübarizə strategiyasının bir hissəsi olaraq, Avropanın aparıcı universitet klinikalarının dəstəyi ilə Özbəkistan Uşaq Onkologiyası, Hematologiya və İmmunologiya Mərkəzində beynəlxalq akademik mərkəz yaradılacaq.
Strategiyanın hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Vyana Tibb Universiteti və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.
Proqramın əsas məqsədləri bunlardır: uşaqlarda xərçəngin erkən aşkarlanmasının 65 faizə çatdırılması; onkoloji və onkohematoloji xəstəlikləri olan uşaqların birillik sağ qalma səviyyəsinin 34 faizdən 90 faizə, beşillik sağ qalma səviyyəsinin isə ən azı 60 faizə çatdırılması; xərçəng xəstəliyinə tutulmuş uşaqların ixtisaslaşdırılmış tibbi yardımla 100 faiz əhatəsinin təmin edilməsi.
Strategiyanın əsas elementlərinə müasir erkən diaqnostika və müalicə proqramlarının həyata keçirilməsi, tibbi infrastrukturun təkmilləşdirilməsi, ixtisaslı kadrların hazırlanması, tibbi xidmətlərin rəqəmsallaşdırılması, hərtərəfli monitorinq sistemlərinin tətbiqi, habelə psixoloji, sosial və ailə dəstəyi daxildir.
Milli Strategiyanın həyata keçirilməsi layihəsi Səmərqənd şəhərinin tibb müəssisələrində başlayacaq. Zəruri şərait yaradıldıqca, onun əhatə dairəsi ölkənin digər bölgələrində də genişlənəcək.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...