Azərbaycan aviasiya risklərinin idarə edilməsi üzrə beynəlxalq seminarda təmsil olunur
Almatıda Qazaxıstan Mülki Aviasiya Akademiyası nəzdində ICAO-nun Aviasiya Təhlükəsizliyi üzrə Təlim Mərkəzində mülki aviasiyada risklərin idarə edilməsi üzrə dördgünlük seminar keçirilir.
Fhnews.az Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Qırğızıstan, Türkmənistan, Moldova və Qazaxıstanın aviasiya təhlükəsizliyi üzrə mütəxəssisləri iştirak edirlər.
Proqram çərçivəsində iştirakçılar risklərin təhlili metodlarını, o cümlədən təhdidlərin, zəifliklərin və mümkün nəticələrin müəyyən edilməsi və qiymətləndirilməsi, risklərin idarə edilməsi alətlərinin mənimsənilməsi və effektiv təhlükəsizlik tədbirlərinin işlənib hazırlanmasını öyrənirlər.
Mütəxəssislər yüksəkixtisaslı ekspertlərin rəhbərliyi altında beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə müasir biliklərə yiyələnir, həmçinin aviasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlarını artırırlar.
Seminar ixtisaslı kadrların hazırlanması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkələr arasında təcrübə mübadiləsinin aparılmasında mühüm addımdır.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...