29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Əməyin mühafizəsi sahəsində Türkiyə ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

27-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Türkiyəyə səfər edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri İbrahim Esenkarla görüşüb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsi sahəsində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O, iki ölkə arasında bu sahədə uğurlu əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurdğunu və əməkdaşlıq çərçivəsində aparılan təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.

İbrahim Esenkar Azərbaycan və Türkiyə arasında sosial sahədə genişlənən əlaqələrin əhəmiyyətindən bəhs edib, əmək münasibətləri və iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində həyata keçirilən təcrübə mübadilələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə əməyin mühafizəsi sahəsində hər iki ölkədə görülən işlər və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunub.

Paylaş: