29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

27-05-2025
IMG

Milli Hidrometeorologiya Xidməti mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib.

Xidmətdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı və Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Paylaş: