29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Aİ miqrantların üçüncü ölkələrə göndərilməsini sadələşdirəcək
 

26-05-2025
IMG

Avropa Komissiyası sığınacaq axtaranların təhlükəsiz hesab edilən üçüncü ölkələrə qayıtmasını asanlaşdıracaq təkliflə çıxış edib.

Fhnews.az xəbər verir ki, artıq deportasiya üçün miqrantdan belə bir ölkə ilə şəxsi əlaqəsinin olması tələb olunmayacaq – miqrant Aİ-yə gedərkən bu ölkəni keçməsi kifayətdir.

Bu, sığınacağın verilməsi prosedurunun həyata keçiriləcəyi üçüncü ölkələrlə saziş bağlamaq üçün imkan yaradır. Lakin yetkinlik yaşına çatmayanların oraya müşayiətsiz deportasiyası qadağandır.

İsveçin miqrasiya naziri Yohan Forssell bu təşəbbüsü daha davamlı və ədalətli miqrasiya siyasəti və Avropaya miqrasiya axınının azaldılması istiqamətində atılan addım kimi alqışlayıb.

Bu model Böyük Britaniyanın Ruanda ilə razılaşması üzrə yanaşmasını xatırladır və buna bənzər fikirlər Danimarkada da müzakirə olunub.

Avropa Komissiyası vurğulayır ki, bu cür razılaşmalar Aİ-nin insan hüquqları standartlarına uyğun olmalıdır.

Paylaş: