29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Çində insanabənzər robotların boks yarışı keçirilib

26-05-2025
IMG

Çinin Hancou şəhərində insanabənzər robotların ilk boks yarışı keçirilib. Bu, dünyada robotların ilk döyüş yarışıdır.

Fhnews.az xəbər verir ki, Çin Media Qrupun təşkilatçılığı ilə keçirilən yarışda Çinin bir neçə startapının hazırladığı robotlar üz-üzə gəlib.

Hazırlıq prosesində sərt təsirlərə məruz qalaraq, robotların dayanıqlılığı yoxlanılıb. Əsas komponentləri qorunmaq üçün onlara qorunma proqramları yazılıb. Robotların yarışlara hazırlanmasında boks mütəxəssislərinin tövsiyələrindən istifadə olunub.

Robotlar yarışa hazırlıq məşqlərində kiçik “zədə”lər alsalar da, bu, onların mübarizəsinə mane olmayıb.

Yarışda robotlar 8 əsas boks hərəkətini və bir neçə kombinasıyanı nümayiş etdiriblər. Onlar həm fərdi, həm də komanda yarışında “güc”lərini sınayıblar. Robotlar mübarizə apararkən bir neçə dəfə naqdaun vəziyyətinə düşüblər.

Paylaş: